Əsas Səhifə > Dünya > İraq ordusu İŞİD-in Mosuldakı son sığınacaqlarına hücum edib
İraq ordusu İŞİD-in Mosuldakı son sığınacaqlarına hücum edib27-05-2017, 13:30 |
İraq ordusu Mosulun İŞİD terrorçularının nəzarəti altında qalan son hissələrini azad etmək üçün əməliyyata başlayıb. SalamNews-un “RİA Novosti”-yə istinadla verdiyi xəbərə görə, bu barədə əməliyyata komandanlıq edən Əbdül-Əmir Yaralla məlumat verib. O bildirib ki, ordu qüvvələri artıq "Şifa" və Respublika Xəstəxanası binalarını azad etmək üçün hücuma keçib. “Birləşmiş qüvvələrin dəstələri Dəclə çayının sağ sahilində qalan rayonların azad edilməsinə başlayıblar”, - deyə iraqlı ordu rəsmisi qeyd edib. Geri qayıt |