Əsas Səhifə > Dünya > ABŞ-ın Nümayəndələr Palatası Türkiyə hökumətinə qarşı qətnamə qəbul edib

ABŞ-ın Nümayəndələr Palatası Türkiyə hökumətinə qarşı qətnamə qəbul edib


26-05-2017, 10:41
ABŞ-ın Nümayəndələr Palatası Türkiyə hökumətinə qarşı qətnamə qəbul edib
ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri zamanı Türkiyə səfirliyi qarşısındakı qarşıdurmada mühafizəçilərin dinc nümayişçilərə qarşı hücumunu pisləyən qətnamə qəbul edib.

SalamNews-un “Haber7”-yə istinadla verdiyi xəbərə görə, Xarici Əlaqələr Komitəsinin sədri Ed Roys, Respubikaçıların fraksiya rəhbəri Kevin Makkart və Demokratlar partiyanın üzvü Vip Steni Hoyer tərəfindən hazırlanmış layihə Xarici Əlaqələr Komissiyasında müzakirə edildikdən sonra səsverməyə qoyulub.

Qətnamə səsverməyə qoyulduqdan sonra yekdilliklə qəbul edilib. İclasda çıxış edən konqres üzvləri Prezident Rəcəb Tayyib Ərdoğana və onun mühafizəçilərini kəskin şəkildə tənqid ediblər.

Sənəddə bildirilir ki, baş vermiş qarşıdurmalara görə məsuliyyət Türkiyə hökumətinin üzərindədir.

Geri qayıt