Əsas Səhifə > Dünya > FTB Trampın kürəkəninin Rusiya əlaqələrini araşdırır
FTB Trampın kürəkəninin Rusiya əlaqələrini araşdırır26-05-2017, 09:16 |
Federal Təhqiqat Bürosu (FTB) ABŞ prezidenti Donald Trump-ın kürəkəni Jared Kushner-in Rusiyayla əlaqələrini araşdıracaq. Bu haqda media mayın 25-də yazıb. FTB hazırda Trump-ın seçki kampaniyası işçilərinin Rusiyayla mümkün əlaqələrini təhqiq edir. Kushner dekabrda Rusiya səfiri Sergei Kislyak və Rusiyanın «VneshEconomBank» dövlət bankının sədri Sergei Gorkov-la görüşüb. Həmin bank 2014-cü ildən ABŞ-ın sanksiyalarına məruz qalıb. Adı çəkilməyən rəsmilərin «The Washington Post» və «NBC News»a verdiyi məlumata görə, Kushner həmin görüşlərə görə təhqiqat obyektinə çevrilib. Kushner Trump-ın müşaviri və qızı Ivanka-nın əridir. Media yazır ki, istintaqın onunla maraqlanması heç də ondan şübhələndiyini, yaxud ona ittiham vermək niyyətini göstərmir. Kushner-in vəkili Jamie Gorelick deyib ki, müştərisi təhqiqatçılarla əməkdaşlıq edəcək. Geri qayıt |