Əsas Səhifə > Dünya > Tramp özünə vəkil tutub
Tramp özünə vəkil tutub24-05-2017, 08:43 |
ABŞ prezidenti hüquqi məsələlər üzrə müşavirini özünə «Rusiya istintaqı»nda vəkil tutub. Hazırda ABŞ-ın kəşfiyyat qurumları Rusiyanın ötənilki prezident seçki kampaniyasına mümkün müdaxiləsini araşdırır. «Fox Business News» və ABC-nin məlumatına görə, Donald Trump Nyu-Yorkda mənzillənən Marc Kasowitz-i özünə vəkil götürüb. Kasowitz onu təhqiqatda təmsil edəcək. Hazırda təhqiqata Ədliyyə Departamentinin xüsusi prokuroru Robert Mueller başçılıq edir. Kasowitz Trump-ı 15 ildir təmsil edir, ancaq cinayət işlərinə çıxan vəkil kimi tanınmayıb. Ötənilki prezident kampaniyası zamanı Kasowitz «The New York Times» qəzetini məhkəməyə verməklə hədələyib. Qəzetdən iki qadının Trump-a qarşı iddialarını təkzib etməsi istənilib. Ancaq qəzet həmin yazıya təkzib verməyib. Kasowitz həmçinin, Trump Universitetinə qarşı fırıldaq iddialarının müdafiəsinə yardım göstərib. Geri qayıt |