Əsas Səhifə > Dünya > Vitse-prezidentin çıxışını dinləmədilər

Vitse-prezidentin çıxışını dinləmədilər


22-05-2017, 09:19
Vitse-prezidentin çıxışını dinləmədilər
Mayın 21-də ABŞ prezidenti Mike Pence-nin Notrdam Universitetində çıxışı etirazla qarşılanıb. Pence çıxışına başlayan kimi, onlarla tələbə və onların ailə üzvləri stadionu tərk ediblər.

İndiana ştatındakı universitetin futbol stadionunda keçirilən mərasimə minlərlə məzun, qonaq toplaşıbmış.

Pence mühafizəkar respublikaçı və İndiana ştatının keçmiş qubernatorudur. O, danışmağa başlayanda etirazçılar sakitcə ayağa qalxaraq tədbiri tərk ediblər. Qalanlardan bəziləri isə onları fitə basıblar.

Etirazçıların deməsinə görə, Pence-nin təbliğ etdiyi siyasətə qarşı çıxdıqlarını bildirmək istəyiblər. Bu siyasətə prezident Donald Trump-ın müsəlman ölkələrindən qonaq və mühacirlərin ABŞ-a girişini yasaqlaması təklifi də daxildir.

Ancaq Pence-in çıxışını alqışlayanlar da olub. O, Trump-ın elə bazar günü Səudiyyə Ərəbistanındakı çıxışını qeyd edib. Trump çıxışında bütün inanclardan olanların dini zəmində təqibini pisləyib.

Geri qayıt