Əsas Səhifə > Dünya > Türkiyə İŞİD-lə mübarizədə yaxın müttəfiqimizdir

Türkiyə İŞİD-lə mübarizədə yaxın müttəfiqimizdir


20-05-2017, 10:56
Türkiyə İŞİD-lə mübarizədə yaxın müttəfiqimizdir
ABŞ-ın İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiyadakı xüsusi nümayəndəsi Bret Makqurk ABŞ və Türkiyənin İŞİD-lə mübarizədə yaxın müttəfiq olduqlarını bildirib.

SalamNews-un "Milliyet”-ə istinadla verdiyi xəbərə görə, onun sözlərinə əsasən koalisiya qüvvələri İŞİD-lə mübarizədə Türkiyə olmadan müvəffəqiyyət əldə edə bilməzlər: "Rəqqa əməliyyatından sonra sabitliyi təmin etmək prosesində Türkiyə ilə yaxın əməkdaşlıq edəcəyik. Türkiyə olmadan bunu edə bilmərik, hər gün onlarla birlikdə çalışırıq. Hər koalisiya ortağıyla olduğu kimi, onlarla da bəzi fərqli taktikalarımız var. Amma çox yaxın müttəfiqik və problemləri hər zaman həll edə bilərik".

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiyadakı xüsusi nümayəndəsi Bret Makqurkin dəyişdirilməsinin zəruri olduğunu bildirib. Bu məsələyə münasibət bildirən Makqurk deyib: “Çavuşoğlu dövlət katibi Reks Tillersonla yaxın əlaqələri olan bir həmkarıdır. Taktikalarımız fərqli ola bilər, xarici işlər nazirinə böyük hörmətim var”.

Geri qayıt