Əsas Səhifə > Dünya > Türkiyə Rəqqa əməliyyatında iştirak etməyəcək

Türkiyə Rəqqa əməliyyatında iştirak etməyəcək


19-05-2017, 09:52
Türkiyə Rəqqa əməliyyatında iştirak etməyəcək
"Suriyanın Rəqqa şəhərinin İŞİD terror təşkilatından azad olunması əməliyyatında Türkiyə iştirak etməyəcək".

SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Türkiyə Sənayeçi və İş adamları Dərnəyinin (TÜSİAD) iclasında sahibkarlarla görüşündə bəyan edib.

Ərdoğan bildirib ki, bunun səbəbi ABŞ-ın Rəqqa əməliyyatında PKK terror təşkilatının Suriya qolu YPG ilə əməkdaşlıq etmək niyyətində olmasıdır.

Onun sözlərinə görə, Türkiyə bölgədəki problemləri həm bölgə ölkələri ilə, həm də müttəfiqlərlə həll etmək üçün səmimi şəkildə çalışıb: “ABŞ-dakı danışıqlarda Rəqqa əməliyyatı da müzakirə edildi. Amerika rəhbərliyi ilə görüşlər keçirdik. Amerikanın Rəqqa əməliyyatına çox həssas yanaşdığını gördük. Mən terror təşkilatları birlikdə olduqları üçün belə bir əməliyyatda iştirak etməyəcəyimizi dedim. YPG bir terror təşkilatıdır, PYD terror təşkilatıdır. Amerika bunlarla əməliyyat keçirir. Bizim üzərimizə düşən isə uğur diləməkdir".

Geri qayıt