Əsas Səhifə > Dünya > Tramp yenə 'əcinnə ovu'ndan danışdı

Tramp yenə 'əcinnə ovu'ndan danışdı


19-05-2017, 09:13
Tramp yenə 'əcinnə ovu'ndan danışdı
ABŞ prezidenti Donald Trump bir daha bildirib ki, Rusiyanın ötən il ABŞ-da prezident seçkisinə müdaxiləsiylə bağlı təhqiqat «əcinnə ovu»dur. O, komandasıyla rusiyalılar arasında heç bir gizli anlaşma olmadığını bildirib.

Mayın 18-də kolumbiyalı həmkarı Juan Manuel Santos-la birgə mətbuat konfransında danışan Trump deyib ki, «kampaniyam, şəxsən özümlə rusiyalılar arasında heç bir anlaşma olmayıb... Hətta düşmənlərim də deyirlər ki, belə bir anlaşma olmayıb».

Məsələni araşdırılmağa xüsusi prokurorun təyin olunmasıyla bağlı suala cavabında Trump bu addıma sayqıyla yanaşdığını, amma bütün məsələnin «əcinnə ovu»ndan başqa bir şey olmadığını vurğulayıb. O, mətbuat konfransından qabaq da oxşar ifadə səsləndirmişdi.

Trump həmçinin, FTB-nin işdən çıxardığı sədri James Comey-yə keçmiş müşaviriylə bağlı təhqiqatı dayandırmaqdan ötrü təzyiq göstərmədiyini söyləyib. Söhbət fevralda işdən çıxarılmış milli təhlükəsizlik müşaviri Michael Flynn-dən gedir.

Geri qayıt