Əsas Səhifə > Dünya > Makron başına qadınları yığıb
Makron başına qadınları yığıb18-05-2017, 09:14 |
Tutduğu postdan daha çox həyat yoldaşının yaşı ilə bağlı gündəmdə olan Fransanın yeni prezidenti Emmanuel Makronun atdığı addım onun qadınlara olan xoş münasibətini göstərir. Belə ki, Makron hökuməti formalaşdırarkən Kabinetin yarısını qadınların ixtiyarına verib. FaktXəbər-in TASS-a istinadən verdiyi məlumata görə, Silvu Qular müdafiə naziri, qılıncoynatma üzrə Olimpiya çempionu Laura Futselin idman naziri təyin olunması ilə yanaşı Kabinetdəki 22 postdan 11-inə qadınlar təyin olunub. Bundan sonra fransızların sağlamlıq problemlərinə Aqnes Buzin, mədəniyyət işlərinə Fransuaza Nissen məsul olacaq. Geri qayıt |