Əsas Səhifə > Dünya > BMT rəhbəri geylərdən danışdı

BMT rəhbəri geylərdən danışdı


12-05-2017, 09:16
BMT rəhbəri geylərdən danışdı
BMT-nin baş katibi Antonio Guterres Çeçenistanda geylərlə pis rəftara son qoymağa, şübhəli homoseksualları azadlığa buraxmağa çağırıb.

BMT-nin sözçüsü Stephane Dujarric mayın 11-də Nyu-Yorkda jurnalistlərə deyib ki, qurumun baş katibinin fikrincə, «heç kim seksual oriyentasiyasına görə təqib olunmamalıdır».

Dujarric söyləyib ki, Kremlin homofobik bəyanatları qətiyyətlə pisləməməsi geylərə nifrət və zorakılığı həvəsləndirir.

Daha öncə BMT-nin insan haqları üzrə ali komissarı Zeed Ra'ad al-Hussein Çeçenistanda homoseksualların təqibiylə bağlı hərtərəfli araşdırma aparmağa çağırmışdı.

Çeçenistan hakimiyyəti bu iddiaları təkzib edir. Ötən həftə Rusiya prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinə məlumatları araşdırmağı tapşırıb.

Geri qayıt