Əsas Səhifə > Dünya > Тramp FTB direktoru vəzifəsinə bir neçə nəfərin namizədliyi nəzərdən keçirir
Тramp FTB direktoru vəzifəsinə bir neçə nəfərin namizədliyi nəzərdən keçirir11-05-2017, 08:57 |
ABŞ prezidenti Donald Тramp FTB direktoru vəzifəsinə bir neçə nəfərin namizədliyi nəzərdən keçirir. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Ağ Evin rəsmi nümayəndəsinin müavini Sara Sanders bildirib. Brifinqdə verilən suala cavab olaraq Sanders deyib: "İndi bilirəm ki, nəzərdən keçirilən bir neçə namizəd var". Qeyd edək ki, mayın 9-u Тramp FTB direktoru Ceyms Komi istefaya göndərib. Geri qayıt |