Əsas Səhifə > Dünya > AB Birləşmiş Ştatları tənqid edir

AB Birləşmiş Ştatları tənqid edir


10-05-2017, 09:14
AB Birləşmiş Ştatları tənqid edir
Mayın 9-da Avropa Birliyinin yüksəkrütbəli rəsmisi Birləşmiş Ştatları tənqid edib. Səbəb ABŞ-ın BMT-yə ayırdığı maliyyəni 640 milyon dollar azaltmasıdır.

Ötən həftə Konqres ABŞ-n sentyabradək büdcəsini təsdiqləyib və BMT agentliklərinə maliyyə 640 milyon azalıb. ABŞ hərbi büdcəsi isə 15 milyard dollar artırılıb.

AB-nin xarici siyasət rəhbəri Federica Mogherini BMT-nin Təhlükəsizlik Şurasında deyib ki, AB BMT agentliklərinin büdcəsinin yarısına qədərinin pulunu ödəyir, çünki onları sülhdən ötrü vacib sayır. Bu agentliklər Ümumdünya Səhiyyə Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, UNICEF uşaq agentliyidir.

«BMT-nin bu agentliklərinə maliyyəni saxlamalıyıq», – Mogherini deyib.

ABŞ-ın BMT-dəki səfiri Nikki Haley mayın 9-da BMT-dəki çıxışında büdcə kəsilmələri barədə danışmayıb. O, Suriya, Şimali Koreya və İrana qarşı daha güclü addımlar atmağa çağırıb.

Geri qayıt