Əsas Səhifə > Dünya > Təhlükəsizlik zonalarına Rusiya ordusu nəzarət edəcək

Təhlükəsizlik zonalarına Rusiya ordusu nəzarət edəcək


9-05-2017, 08:49
Təhlükəsizlik zonalarına Rusiya ordusu nəzarət edəcək
Suriyada yaradılacaq təhlükəsizlik zonalarına BMT, yaxud hansısa xarici qüvvə deyil, Rusiya hərbçiləri nəzarət edəcək. Bunu mayın 8-də Suriyanın xarici işlər naziri Walid al-Moallem bildirib. Təhlükəsizlik zonaları haqda razılaşma Rusiyanın rəhbərliyi ilə ötən həftə Astanada əldə edilib.

Walid al-Moallem Dəməşqdə jurnalistlərə deyib ki, onlar təhlükəsizlik zonalarında atəşkəsə, yardımın çatdırılmasına və digər fəaliyyətə nəzarətdən ötrü hansısa başqa xarici qüvvəni qəbul etməyə razılaşmayacaqlar.

Zonaların gələn ayadək yaradılması nəzərdə tutulur. Atəşkəs barədə razılaşma artıq həftəsonundan qüvvəyə minib və zorakılıqların miqyasında ümumi azalma var. Atışmalar ara-sıra davam edir.

Rusiya həmin zonalarda BMT-nin iştirakını istəməyib. Ancaq BMT Təhlükəsizlik Şurasından təhlükəsizlik zonaları barədə qətnaməylə bağlı səsvermə keçirməyi istəyib.

Geri qayıt