Əsas Səhifə > Dünya > Ukrayna iki rusiyalı jurnalisti 'Eurovision'a buraxmır
Ukrayna iki rusiyalı jurnalisti 'Eurovision'a buraxmır8-05-2017, 09:09 |
Mayın 7-də Ukrayna Kiyevə «Eurovision» mahnı müsabiqəsini işıqlandırmağa gedən iki jurnalisti ölkəyə buraxmayıb. «Komsomolskaya Pravda» qəzetindən olan müxbirlər akkreditasiya da alıblarmış. Amma sərhəddə saxlanıb və geri qaytarılıblar. Onlara 3 il ərzində Ukraynaya daxil olmaq yasaqlanıb. Bunu sərhəd xidmətinin sözçüsü Oleh Slobodyan deyib. Apreldə Ukrayna Rusiyanın müsabiqəyə göndərdiyi Yulia Samoilova-ya da qadağa qoyub, onun 2015-ci ildə Krımda çıxış etməklə Ukrayna qanunvericiliyini pozduğunu bildirib. Rusiya 2014-cü ildə Krım yarımadasını qanunsuz ilhaq edib. Ukraynanın şərqində rusiyapərəst separatçılarla münaqişədə, azı, 9 min 940 nəfər həlak olub, 2 milyon nəfər köçkünə çevrilib. Geri qayıt |