Əsas Səhifə > Dünya > Səudiyyə Ərəbistanında FETÖ əməliyyatı
Səudiyyə Ərəbistanında FETÖ əməliyyatı6-05-2017, 11:14 |
Səudiyyə Ərəbistanı hökumətinin Gülən şəbəkəsinin 16 üzvünü saxlayaraq deportasiya etdiyi bildirilir. Avropa.info xəbər verir ki, Gülən şəbəkəsinin Səudiyyə Ərəbistanında həcc və ümrə ziyarətlərini təşkil edərək əldə etdikləri vəsaiti FETÖ-yə göndərdikləri müəyyən olunan 16 nəfər saxlanılaraq deportasiya olunub. Əldə olunan məlumata görə Səudiyyə Ərəbistanından deportasiya olunan Türkiyə vətəndaşları türkiyəli dövlət rəsmilərinə təhvil verilib. Gülənçilərin Səudiyyə Ərəbistanında saxlanılaraq ölkəyə gətirilməsində Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) əli olduğu bildirilir. Səudiyyə Ərəbistanında saxlanılan 16 nəfərin şəxsi məlumatları Səudiyyə kəşfiyyatına ötürüldükdən sonra onların həbsi üçün əməliyyat başladılıb. Şübhəlilərin Türkiyənin Daxili İşlər Nazirliyinin Terrorla Mübarizə İdarəsinin nəzarəti ilə Türkiyəyə gətirildiyi bildirilir. FETÖ üzvü olduqları üçün Türkiyədə də haqlarında həbs qərarı olan şübhəlilərlə bağlı dərhal istintaq başladılıb. Geri qayıt |