Əsas Səhifə > Dünya > PKK-nın Rusiya əsilli təlimçisi məhv edildi

PKK-nın Rusiya əsilli təlimçisi məhv edildi


4-05-2017, 11:00
PKK-nın Rusiya əsilli təlimçisi məhv edildi
PKK terror təşkilatının mühüm simalarından olan “Ziya Rus” ləqəbli terrorçu Mərdəli Süleymanov öldürülüb.
Avropa.info xəbər verir ki, Türkiyə ordusunun İraqın Karaçok bölgəsinə aviasiya zərbələri endirməsi nəticəsində məhv edildiyi bildirilir.
Təşkilat isə Süleymanovun avtomobil qəzasında həlak olduğunu iddia edib. 22 ildir PKK-da olan və YPG-nin Karaçok dağındakı qərargahında terrorçulara təlim keçən Mərdəli Süleymanovun rus ordusundan qaçdıqdan sonra PKK-ya qoşulduğu bildirilir.
PKK/YPG düşərgəsində terrorçulara təlim keçən terrorçunun xüsusilə Rusiya silahları ilə bağlı mütəxəssis olduğu, rus ordusunun sabiq zabiti olduğu və 22 il əvvəl qanunsuz yollarla Ərbilə gələrək Qəndil dağlarına çıxdığı ehtimal olunur.
Terrorçunun Karaçokda öldürülməsi isə YPG tərəfindən gizli saxlanılır. Terrorçuların ruhdan düşməməsi üçün Süleymanovun avtomobil qəzasında öldüyü deyilir.

Geri qayıt