Əsas Səhifə > Dünya > Makedoniyada etirazlar davam edir

Makedoniyada etirazlar davam edir


3-05-2017, 09:36
Makedoniyada etirazlar davam edir
Mayın 2-də Makedoniyanın paytaxtı Skopyedə minlərlə millətçi yeni hökumət koalisiyasına qarşı etirazlara çıxıb. Etnik alban partiyalarının daxil olduğu koalisiyaya görə beş gün öncə parlament, deputatlara hücum olmuşdu.

Etirazçıların fikrincə, Sosial Demokratların etnik albanlarla əldə etdiyi razılaşma milli birliyə təhlükə yaradır. Keçmiş baş nazir Nikola Gruevski-nin mühafizəkar VMRO-DPMNE partiyası bu sazişdən kənar qalır. Həmin partiya, özəlliklə, alban dilinin ikinci rəsmi dil elan olunması planına qarşı çıxır.

Son nümayişdən öncə VMRO-dan olan deputatlar koalisiyanın yeni seçdiyi spikerin parlamentdəki postuna keçməsini əngəlləyib. Onlar Talat Xhaferi-nin parlamentdə girməsinə imkan verməyiblər. Onun parlament prosedurlarından kənar həmin posta seçildiyini deyirlər.

Həftəsonu ABŞ Dövlət Departamenti Skopyeyə elçi göndərərək VMRO liderlərini hakimiyyəti dinc yolla ötürməyə çağırıb. Hələlik, görünən odur ki, VMRO və tərəfdarlarının dinc yolla getmək niyyəti yoxdur.

Geri qayıt