Əsas Səhifə > Dünya, Güney Press > Suriyada İŞİD-i geri oturdurlar

Suriyada İŞİD-i geri oturdurlar


1-05-2017, 08:56
Suriyada İŞİD-i geri oturdurlar
Suriyanın şimalında «İslam dövləti» (İŞİD) silahlı qruplaşmasının dayaq nöqtəsi olan Raqqa şəhəri yaxınlığında yaraqlılar geri oturdulur. ABŞ-ın dəstəklədiyi kürd-ərəb döyüşçülər Tabqa şəhərində İŞİD üzərində üstünlük qazanır.

Böyük Britaniyada mənzillənən Suriya İnsan haqları təşkilatı aprelin 30-da bu haqda məlumat yayıb. Qurum Suriya Demokratik Qüvvələri (SDF) kimi tanınan kürd-ərəb alyansının Tabqanın 70 faizinə nəzarət etdiyini bildirir.

«İçəri Şəhər artıq tamamilə alınıb və yeni şəhərin darvazaları önündə kəskin döyüşlər gedir», – təşkilatın direktoru Rami Abdel Rahman deyib.

SDF ABŞ koalisiyasının hava və quru yardımıyla Tabqanı mühasirəyə alıb. Bu şəhər Fərat çayı üzərindəki bəndə, eləcə də Raqqanın 55 kilometrliyindəki hərbi aeroporta yaxındır. İŞİD Raqqanı Suriyadakı paytaxtı elan edib.

Tabqanın 85 min əhalisi var.

Geri qayıt