Əsas Səhifə > Dünya > ABŞ 'Açıq Rusiya'nın qara siyahıya salınmasından narahatdır

ABŞ 'Açıq Rusiya'nın qara siyahıya salınmasından narahatdır


29-04-2017, 09:46
ABŞ 'Açıq Rusiya'nın qara siyahıya salınmasından narahatdır
Birləşmiş Ştatlar Rusiyanın bir neçə demokratiya tərəfdarı olan qrupu qara siyahıya salmasından “dərindən narahatdır”. Bunu Dövlət Departamenti aprelin 28-də açıqlayıb.

Bu həftənin əvvəlində Rusiya prokurorluğu Açıq Rusiya, Açıq Rusiya Vətəndaş Hərəkatı və Müasir Rusiya İnstitutunu “arzuolunmaz” elan edib.

“Bu və digər beynəlxalq vətəndaş cəmiyyəti təşkilatlarının Rusiyaya təhlükə yaratması fikriylə razı deyilik”, – departamentin sözçüsü Mark Toner deyib.

“Rusiya dinamik və rəqabətli iqtisadiyyata söykənən güclü və demokratik hökumət qurmağa ümid edirsə, belə müstəqil səsləri təqib edib kriminallaşdırmamalıdır, onları dəyərləndirib dəstəkləməlidir”, – Toner söyləyib.

Rusiya hakimiyyəti aprelin 27-də “Açıq Rusiya”nın Moskva ofisində reyd keçirib. Bu təşkilat xaricdən, keçmiş biznes maqnatı, prezident Vladimir Putin-in opponenti Mikhail Khodorkovsky tərəfindən idarə olunur.

Geri qayıt