Əsas Səhifə > Dünya > Monteneqro NATO üzvlüyü haqda sazişi ratifikasiya edib

Monteneqro NATO üzvlüyü haqda sazişi ratifikasiya edib


29-04-2017, 09:26
Monteneqro NATO üzvlüyü haqda sazişi ratifikasiya edib
Monteneqro parlamenti NATO üzvlüyü haqda sazişi ratifikasiya edib və Qərbə doğru tarixi addım atmış olub. Çünki ölkənin rusiyapərəst müxalifəti və ənənəvi müttəfiqi olan Rusiya bu üzvlüyə qarşı çıxırdı.

Aprelin 28-də deputatlar 46-0 səs çoxluğuyla üzvlük sazişini ratifikasiya ediblər.

81 yerlik parlamentin müxalifətdən olan üzvləri iclası boykot edib.

Baş nazir Dusko Markovic parlamentdə deyib ki, NATO üzvlüyü Monteneqronun gələcək təhlükəsizliyinə, iqtisadi inkişafına, regional sabitliyə zəmanət verəcək.

Müxalifətin bir neçə yüz tərəfdarı parlament binası qarşısına toplaşaraq, “Xəyanət!”, “Oğrular” şüarlarını səsləndiriblər.

Rusiya da Monteneqronun bu addımını qəzəblə qarşılayıb.

Geri qayıt