Əsas Səhifə > Dünya > Banka reyd baş naziri əndişələndirdi
Banka reyd baş naziri əndişələndirdi27-04-2017, 09:02 |
Aprelin 26-da Ukrayna dövlət təhlükəsizlik xidməti (SBU) ölkənin ən böyük investisiya bankının Kiyevdəki ofisində reyd keçirib, qanunsuz proqramlar axtarıb. Bu reyd baş nazir Volodymyr Hroysman-ın narahatlığına səbəb olub. SBU bildirib ki, 8 şirkətin Rusiyada hazırlanmış qanunsuz proqramdan istifadə etdiyini aşkarlayıb, bu proqramlardan özəl şirkətlərə, telefonlara haker hücumu edilə bilər. «Dragon Capital» bankına və adı açıqlanmayan daha 7 şirkətdə reyd da bununla izah olunur. Bankın sözçüsü Olga Beloblovskaya deyib ki, «Dragon Capital» həmişə qanun çərçivəsində çalışıb. Reyd xəbərini eşidən baş nazir Hroysman hökumətin iclasını kəsib, belə reydlərin Ukraynada biznesi və investorların inamını zədələyə biləcəyini söyləyib. «SBU-nun işinə qarışa bilmərəm. Amma məncə, hər şey uyğun şəkildə, bankın işini iflic etmədən görülməlidir», – baş nazir söyləyib. Geri qayıt |