Əsas Səhifə > Dünya > Rusiyanın 'Yehova Şahidləri'nə qarşı qərarı pislənilir

Rusiyanın 'Yehova Şahidləri'nə qarşı qərarı pislənilir


22-04-2017, 10:03
Rusiyanın 'Yehova Şahidləri'nə qarşı qərarı pislənilir
Birləşmiş Ştatlar və Avropa Birliyi Rusiya Ali Məhkəməsinin Yehova Şahidlərini ekstremist təşkilat adlandırması və fəaliyyətini yasaqlamasını pisləyib.

ABŞ-ın Beynəlxalq Din azadlığı Komissiyası (USCIRF) bəyanatında bildirib ki, məhkəmənin addımından “məyus olub, amma təəccüblənməyib”.

“Məhkəmənin qərarı, təəssüf ki, indiki Rusiyada hökumətin din azadlığına sayqısızlığını bir daha təsdiqləyir”, – USCIRF sədri Thomas J. Reese deyib.

Avropa Birliyinin xarici işlər idarəsinin rəhbəri Federica Mogherini-nin adından aprelin 21-də yayılmış bəyanatda vurğulanır ki, bu qərar “«Yehova Şahidləri»nə qarşı adi ibadət hərəkətlərinə görə belə cinayət işi açılmasını mümkün edir”. AB bütün dini qruplar kimi, "Yehova Şahidləri"nin də sərbəst toplaşma azadlığının təmin olunmasına çağırıb.

Nyu Yorkda mənzillənən Human Rights Watch (HRW) insan haqları qrupu məhkəmənin aprelin 20-də çıxardığı qərarı “Rusiyada din və birləşmə azadlığına dəhşətli zərbə” adlandırıb.

Britaniya hökumətinin rəsmisi də bu qərardan “təlaşlandığını” dilə gətirib.

Geri qayıt