Əsas Səhifə > Dünya > ABŞ Rusiyanın Tu-95-lərini tutmaq istədiyini etiraf edib
ABŞ Rusiyanın Tu-95-lərini tutmaq istədiyini etiraf edib19-04-2017, 09:05 |
FaktXəbər-in ABC News-a istinadla verdiyi məlumata görə, ABŞ SQ-nin şimal komandanlığı Amerika hərbçiləri Rusiyanın Tu-95 bombardmançı təyyarələrini tutmaq üçün Alyaska sahilində öz təyyarələrini qaldırdıqlarını təsdiq edib. ABŞ təyyarələri bazar ertəsi axşam Rusiyanın iki Tu-95 təyyarəsinin qarşısına çıxıb, - deyə komandanlığın nümayəndəsi bəyan edib. Rusiya təyyarələri beynəlxalq hava məkanında ABŞ sahilinin 100 dəniz milində (160 km), Amerika RƏM-in eyniləşdirmə sahəsində olublar. Bu sahənin daxilində, hansı ki, ABŞ sahilindən 200 mil məsafədə uzanır, amerikalı hərbçilər hava gəmilərinin uçuşlarını izləyir və istiqamət barədə məlumat verməyi tələb edirlər. Rusiya təyyarələrinin bunu edib-etmədiyini, amerikalı hərbçilər dəqiqləşdirməyiblər. Komandanlığın nümayəndəsi təsdiqləyib ki, onları tutmaq üçün havaya iki F-22 qırıcısını və E-3 erkən radiolokasiya aşkarlama təyyarəsi qaldırıb. Onlar RƏM-in eyniləşdirmə zonasını tərk edənəcən Rusiya təyyarələrini müşaiyyət ediblər. RF Müdafiə Nazirliyinin məlumatına görə, aprelin 17-də Amur vilayətində Ukrainka aviabazasından iki strateji Tu-95MS təyyarəsi hava patrulu planını uğurlu şəkildə yerinə yetirib. Uçuş marşrtu Sakit okean akvatoriyasında neytral suların üzərindən, Aleut adaları boyunca olub. «HHQ-nin bütün uçuşları neytral suların üzərindən hava məkanından istifadə qaydalarına uyğun aparılıb və aparılır, digər dövlətlərin sərhləri pozulmur», - deyə Rusiya müdafiə qurumundan bildirilib. Geri qayıt |