Əsas Səhifə > Dünya > İŞİD terrorçuları 400 min dinc sakini əsir saxlayır

İŞİD terrorçuları 400 min dinc sakini əsir saxlayır


18-04-2017, 09:56
İŞİD terrorçuları 400 min dinc sakini əsir saxlayır
FaktXəbər-in "Rusiya 24" telekanalına istinadən verdiyi məlumata görə, İŞİD terror təşkilatı İraqın Mosul şəhərində 400 min dinc sakini əsir saxlayır. Mosulun qərb hissəsində girov qalan əhali öldürülmək təhlükəsindən şəhəri tərk edə bilmir.

İraq ordusuna dəstək olan ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələri isə Mosulun qərb hissəsinə yalnız avia zərbə endirməklə kifayətlənir. Bu bombardmanlar zamanı terrorçularla bərabər dinc sakinlər də həlak olur.

Hazırda Mosulun qərb hissəsində humanitar fəlakət hökm sürür. Şəhərə yardımların edilməyəcəyi təqdirdə kütləvi insanların ölümü istisna deyil.

Geri qayıt