Əsas Səhifə > Dünya > Londonda ABŞ səfirliyində üç aylıq "terrorçu" İSTİNTAQ edildi

Londonda ABŞ səfirliyində üç aylıq "terrorçu" İSTİNTAQ edildi


17-04-2017, 10:53
Londonda ABŞ səfirliyində üç aylıq "terrorçu" İSTİNTAQ edildi
Londonda ABŞ səfirliyinin əməkdaşları terrorçu sandıqları üç aylıq körpəni «istintaq» etmək məcburiyyətində qalıb. FaktXeber.com-un The Guardian-a istinadla verdiyi məlumata görə, buna səbəb uşağın babasının ölkədən çıxmaq üçün lazım olan anketi doldurarkən «quş»u səhv qoyması olub.

Harvi Kenyon Keyrns Floridaya səfər etmək üçün okeanı keçməli idi. Anketi doldurarkən uşağın babası Pol Kenyon «terror fəaliyyəti, casusluq, sabotaj və soyqırımla hansısa əlaqəniz varmı?» sualında təsadüfən «yox» yerinə «hə»nin qabağına quş qoyub.

Bu məsələ uşağa getmək qadağan olunduğu vaxt ortaya çıxıb.

«Mən inana bilmirdim ki, onlar səhv olduğunu və körpənin heç kimə zərər verə bilməyəcəyini görməyiblər», - deyə 62 yaşlı Pol Kenyon bildirir.

Londonda ABŞ səfirliyində üç aylıq "terrorçu" İSTİNTAQ edildi
Londonda ABŞ səfirliyində üç aylıq "terrorçu" İSTİNTAQ edildi

Körpə məcburən müsahibə üçün səfirliyə aparılıb. Babanın sözlərinə görə, o, ilk əvvəl uşağı narıncı kombinzonda aparmaq istəyib (ABŞ həbsxanalarında məhbusların geyim rəngi), lakin bu fikrindən vaz keçib: «Əgər diplomatik missiyanın əməkdaşları vəziyyətin nə dərəcədə gülünc olduğunu anlamayıblarsa, görünür, yumorla problemləri var»

O bildirib ki, uşaq müsahibə zamanı özünü çox yaxşı aparıb, bircə dəfə də ağlamayıb.

«Görünür, o nə soyqırım, nə də casusluğa cəlb olunmayıb. O, yalnız bir neçə uşaq bezlərinə sabotajlıq edib, ancaq bu barədə səfirliyin əməkdaşları məlumatsızdır», - deyə baba bildirib.

Qeyd edək ki, ailə bundan başqa vizanın vaxtında verilməməsinə görə əlavə 3500 avro ödəməli olublar.

Geri qayıt