Əsas Səhifə > Dünya > 'Rusiyayla sərt danışmaq vaxtıdır'
'Rusiyayla sərt danışmaq vaxtıdır'17-04-2017, 08:42 |
ABŞ prezidenti Donald Trump-ın milli təhlükəsizlik müşaviri H.R.McMaster deyir ki, Suriya prezidenti Bashar al-Assad-ın «qorxulu» hökumətinə göstərdiyi dəstəklə bağlı Rusiyayla sərt davranmaq vaxtıdır. McMaster aprelin 16-da «ABC News»a deyib ki, Rusiyanın Assad hökumətini dəstəkləməsi Suriyada altı ilik müharibəni uzadıb, bu müharibə İraqı, regiondakı digər ölkələri və Avropanı təsirləndirən böhran yaradıb. «Beləliklə, Rusiyanın bu qorxulu rejimə dəstəyi…, eləcə də Rusiyanın Avropadakı təxribatçı hərəkətləri müzakirə olunmalıdır. Rusiyayla bu sərt müzakirələri aparmağın vaxtı çatıb», – McMaster deyib. ABŞ ordusu aprelin 7-də Suriyada bir hava bazasına 59 raket buraxıb. Qərb ölkələri Suriyada, azı, 80 nəfərin ölümünə səbəb olmuş kimyəvi hücumun həmin bazadan edildiyini bildirir. McMaster «ABC News»a müsahibəni Əfqanıstandan verib. Orada prezident Ashraf Ghani və digər hökumət rəsmiləriylə görüşüb. Geri qayıt |