Əsas Səhifə > Dünya > ABŞ-da nüvə bombasını yeni sınaq mərhələsi başlayıb

ABŞ-da nüvə bombasını yeni sınaq mərhələsi başlayıb


15-04-2017, 10:23
ABŞ-da nüvə bombasını yeni sınaq mərhələsi başlayıb
ABŞ hərbçiləri ixtisaslaşmış nüvə bombasının 12-ci modifikasiyasının, “B61-12”-nin ilk sınağını keçirib.
“Report” “dw”-yə istinadən xəbər verir ki, sınaq nüvə başlıqsız keçirilib.
İnformasiyaya əsasən, Nüvə təhlükəsizliyi üzrə mili idarə və ABŞ-ın Hərbi Hava Qüvvələri birlikdə “B61” nüvə bombasını sınaqdan çıxarmağa başlayıblar.
Məlumata görə, ilk sınaq bu il martın 14-də Nevada ştatının “Tonopa” poliqonunda keçirilib. Bombalar “F-16” qırıcı təyyarələrindən atılıb.
Xəbərdə bildirilib ki, “B61” nüvə bombası 1968-ci ildən ABŞ-ın Hərbi Hava Qüvvələrinin silah arsenalına daxil edilib. Hazırda onları modifikasiya edilən “B61-12” bombaları ilə əvəzləməyi planlaşdırırlar.

Geri qayıt