Əsas Səhifə > Dünya, Güney Press > Suriya XİN Trampın Bəşər Əsədin ünvanına səsləndirdiyi təhqirlərə cavab verib

Suriya XİN Trampın Bəşər Əsədin ünvanına səsləndirdiyi təhqirlərə cavab verib


14-04-2017, 09:52
Suriya XİN Trampın Bəşər Əsədin ünvanına səsləndirdiyi təhqirlərə cavab verib
Suriya Xarici İşlər Nazirliyi Suriya Prezidenti Bəşər Əsədi “heyvan” adlandıran ABŞ prezidenti Donald Trampın təhqiramiz sözlərinə cavab verib.

SalamNews-un xəbərinə görə, bununla bağlı “RİA Novosti”-yə Suriya xarici işlər nazirinin köməkçisi Əyman Suzan açıqlama verərkən deyib: “Əgər özünüz heyvansınızsa, başqalarının da heyvan olduğunu düşünmək lazım deyil. Bəşər Əsəd suveren dövlətin prezidentidir, o, xalq tərəfindən seçilib. Onu Donald Tramp deyil, Suriya xalqı dəyərləndirməlidir”.

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Suriya Prezidenti Bəşər Əsədi “heyvan” adlandırıb. O, həmçinin ötən həftə ABŞ-ın Suriya ordusunun hərbi bazasına endirdiyi zərbəni zəruri sayıb və bunun əvvəlki Barak Obama administrasiyası tərəfindən həyata keçirilməli olduğunu bəyan edib.


Geri qayıt