Əsas Səhifə > Dünya > Terrorçular Suriyada təxribat üçün kimyəvi silahları şəhərlərə daşıyırlar

Terrorçular Suriyada təxribat üçün kimyəvi silahları şəhərlərə daşıyırlar


12-04-2017, 10:18
Terrorçular Suriyada təxribat üçün kimyəvi silahları şəhərlərə daşıyırlar
Rusiya Müdafiə Nazirliyinin əlində Suriyada fəaliyyət göstərən beynəlxalq terrorçuların Xan Şeyxun, Cirə aeroportu, Şərqi Quta və Hələbin qərbinə zəhərli maddələr daşıdığı barədə məlumatlar var. FaktXeber.com xəbər verir ki, bu barədə Rusiya Baş Qərargahıının Baş Operativ İdarənin rəisi Serqey Rudskoy bildirib.

Belə fəaliyyətlərdə əsas hədəf Suriya hökumətini kimyəvi silah istifadə etməkdə günahlandırmaq və ABŞ-ın yeni aviazərbələrə təhrik etmək üçün əlavə bəhanə yaratmaqdır.

Belə addımların yolverilməz olduğu barədə xəbərdarlıq edirik, - deyə general bəyan edib.

O, xatırladıb ki, Kimyəvi Silahların məhv Edilməsi Təşkilatı Suriyada kimyəvi silahın saxlanılması və istehsalı üçün istifadə olunan 12 obyektdən 10-nun məhvini təsdiqləyib. Qalan 2-si isə silahlı qruplaşmların nəzarətində olan ərazidə yerləşdiyi üçün, SƏR hökuməti üçün əlçatan deyil.

Beləliklə, Suriya Kimyəvi Silahın Qadağan Olunması Konvensiyasının iştirakçısı kimi öz üzərinə götürdüyü məsuliyyəi yerinə yetirib və kimyəvi silahın istehsalı üçün bütün xüsusi təchizatları, raket başlıqlarının korpusunu, aviasiya bombalarının və toksik kimyəvi maddələri ehtiyatını məhv edib.

Həmçinin silahlı qruplaşmaların kustar üsulla hazırlanmı kimyəvi silahlardan istifadə barədə hadisələr də olunub. Bununla bağlı materiallar beynəlxalq ekspertlərə təqdim olunub.

Bundan başqa ötən ilin noyabr ayında rusiyalı hərbçilər Hələbin Marret Um Xauş rayonunda silahlı dəstələrin dinc sakinlərə qarşı istifadə etdikləri və kustar üsulla hazırlanmış partlamamış minanı araşdırıblar. Onun tərkibində iprit aşkarlanıb.

Geri qayıt