Əsas Səhifə > Dünya, Güney Press > 15 iyulu öncədən "görən" Rubin Gül ilə Davudoğluna FETÖ-çu dedi

15 iyulu öncədən "görən" Rubin Gül ilə Davudoğluna FETÖ-çu dedi


30-03-2017, 09:05
15 iyulu öncədən "görən" Rubin Gül ilə Davudoğluna FETÖ-çu dedi
FETÖ terror şəbəkəsinin ötən il iyulun 15-də gerçəkləşdirdiyi çevriliş haqqında öncədən yazan amerikalı müəllif ilginc iddia irəli sürüb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, amerikalı tanınmış yazar Maykl Rubin Türkiyənin XI prezidenti Abdullah Gül və keçmiş baş nazir Əhməd Davudoğlunun FETÖ-çu olduğunu bildirib.

Vaxtilə ABŞ Müdafiə Nazirliyində yüksək vəzifə tutmuş Maykl Rubin bu barədə özünün “Twitter” səhifəsində yazıb.

“Ərdoğan doğrudan da, gülənçiləri yaxalamaq istəyirsə, Abdullah Gül və Əhməd Davudoğlu nədən hələ azadlıqdadırlar?”

Geri qayıt