Əsas Səhifə > Dünya > Tramp ABŞ-ı yeni müharibəyə sürükləyir

Tramp ABŞ-ı yeni müharibəyə sürükləyir


28-03-2017, 10:36
Tramp ABŞ-ı yeni müharibəyə sürükləyir
FaktXəbər-in verdiyi məlumata görə, Amerikada ştat senatoru Kris Mörfi ölkə mediasının Tramp və Rusiya arasındakı əlaqəyə diqqət yetirdiyi bir vaxtda Tramp rəhbərliyinin də ölkəni yeni müharibəyə sürüklədiyini irəli sürüb. "Huffungton Post" qəzeti üçün məqalə yazan amerikalı senator qeyd edib ki, ABŞ xalqı Tramp və Rusiya arasındakı əlaqələri araşdırmaqla məşğul olarkən, Donald Tramp Amerikanın Suriyadakı hərbi varlığını genişləndirməklə məşğuldur.

Senator Mörfinin fikrincə, Vaşinqtonda Trampın Amerika xalqını yeni müharibəyə sürükləməsinin fərqinə varmırlar: "Suriyaya ediləcək müdaxilənin İraq işğalı kimi uzun illər davam edəcəyinə dair narahatlıqlar var. Amerika xalqı Trampın Suriyadakı planlarını bilməlidir. Suriya torpaqlarında neçə əsgərimiz olduğunu bilən yoxdur, çünki ABŞ rəhbərliyi Suriyada neçə əsgərin olduğunu sirr olaraq saxlayır. Rəqqa ilə bağlı strategiya yalnız hərbidir? Şəhər alındıqdan sonra ora kim nəzarət edəcək? Yeni rəhbərlik İraq və Əfqanıstanda olduğu kimi tələyə düşməməlidir. Əgər Rəqqa şəhəri ilə bağlı plan yoxdursa, bunu ictimaiyyətlə bölüşməlidirlər".

Geri qayıt