Əsas Səhifə > Dünya > 100-dən çox ölkə BMT-də nüvə silahlarına qlobal qadağanın müzakirəsinə başlayıb

100-dən çox ölkə BMT-də nüvə silahlarına qlobal qadağanın müzakirəsinə başlayıb


28-03-2017, 10:06
100-dən çox ölkə BMT-də nüvə silahlarına qlobal qadağanın müzakirəsinə başlayıb
100-dən çox ölkə BMT-də nüvə silahlarına qlobal qadağanın müzakirəsinə başlayıblar.

Amma dünyanın böyük dövlətləri danışıqları boykot ediblər.

Danışıqlara BMT-nin 123 üzv ölkəsi qatılıb. ABŞ, Rusiya, Çin və digər nüvə silahlı ölkələr görüşü boykot edib.

Vaşinqton bildirib ki, qadağa işləməyəcək və beynəlxalq ictimaiyyət məsələyə mərhələli şəkildə yanaşmalıdır.

ABŞ-ın BMT-dəki səfiri Nikki Haley danışıqlardan öncə deyib ki, bu qadağa sülh və sabitliyi saxlamağa çalışan ölkələrin tərksilah olunmasıyla sonuclanar, amma «pis oyunçular» bu razılaşmanı imzalayan, yaxud ona əməl edən deyil.

Qadağa tərəfdaşları nüvə fəlakətinin getdikcə artdığını deyirlər və səbəb kimi Şimali Koreyanın nüvə proqramını, Vaşinqtonun yeni administrasiyanın proqnozlaşdırılmayan hərəkətlərini göstərirlər.

Geri qayıt