Əsas Səhifə > Dünya > Neft hasilatının azaldılması qüvvədə qala bilər
Neft hasilatının azaldılması qüvvədə qala bilər27-03-2017, 09:17 |
OPEC və ona üzv olmayan bəzi ölkələr neft hasilatının azaldılması üzrə razılaşmanın altı aylığa uzadılması məsələsinə baxacaqlar. Bu barədə tərəflər Küveytdə keçirilən toplantıda razılığa gəliblər. Martın 26-da yayılmış bəyanatda deyilir ki, birgə komitə OPEC Katibliyindən bazar şərtlərini nəzərdən keçirməyi və aprelə hesabat hazırlamağı xahiş edib. Bundan sonra hasilatın könüllü azaldılmasını uzadıb-uzatmamağa qərar veriləcək. OPEC və Rusiya daxil 11 aparıcı hasilatçı dekabrda razılığa gəldilər ki, ilin ilk yarısında birgə hasilatı günə 1.8 milyon barrel azaltsınlar. Məqsəd dünyada neftin qiymətini qaldırmaq idi. Təhlilçilərin fikrincə, hasilatın azaldılması müddətini uzatmaqla bağlı vahid qərarın olmaması qiyməti sala bilər. Rusiyanın energetika naziri Aleksandr Novak deyir ki, hələlik, bu öndə qərarın olacağını deməyə tezdir. Amma onun sözlərinə görə, razılaşmaya tam əməl olunur və iştirakçılar onu 100 faiz yerinə yetirirlər. Neftin barrelinin qiyməti 2014-cü ildə 100 dollara qalxdı, 2016-cı ildə isə 30 dollara düşdü. Dekabr razılaşmasından sonra neftin barreli 50 dolları keçdi. Birləşmiş Ştatlar bu razılaşmaya qoşulmayıb. Geri qayıt |