Əsas Səhifə > Dünya > Ukraynada silah anbarlarında partlayışlar olub

Ukraynada silah anbarlarında partlayışlar olub


23-03-2017, 09:45
Ukraynada silah anbarlarında partlayışlar olub
Ukraynada silah-sursat anbarlarında partlayışlar baş verib.

APA-nın “İnterfaks-Ukrayna” agentliyinə istinadən verdiyi məlumata görə, partlayışlar Xarkov vilayətinin Balakleya şəhəri yaxınlığında olub.

Yerli icra hakimiyyətinin rəhbəri Stepan Maselski bildirib ki, bununla əlaqədar ətraf evlərin sakinləri təhlükəsiz yerlərə təxliyə olunub.

Partlayışlar yerli vaxtla gecə saat 03.00-da baş verib. Ölən və yaralananlar haqqında hələlik məlumat yoxdur.

Geri qayıt