Əsas Səhifə > Dünya > AKP Almaniyada yürüş keçirməyəcək

AKP Almaniyada yürüş keçirməyəcək


22-03-2017, 09:26
AKP Almaniyada yürüş keçirməyəcək
Türkiyə siyasətçiləri bildirirlər ki, 16 aprel referendumundan öncə Almaniyada daha seçki tədbiri keçirməyəcəklər. Hazırda Ankarayla Berlinin münasibətləri gərgin dönəmini yaşayır.

Referendumda konstitusiyaya dəyişikliklər müzakirəyə çıxarılır və prezident Recep Tayyip Erdoğan-ın səlahiyyətlərinin artırılması nəzərdə tutulur.

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Köln ofisi martın 21-də bildirib ki, Almaniyadakı 1.2 milyon türkün dəstəyini qazanmaqdan ötrü planlaşdırılan bütün yürüşlər ertələnir.

Almaniya və Niderland türkiyəli nazirlərin yürüş keçirmələrinə icazə verməyib, təhlükəsizlik səbəblərini əsas gətirib. Bundan sonra tərəflər arasında kəskin diplomatik qalmaqal başlanıb.

Almaniyada bəzi siyasətçilər iddia edirlər ki, AKP diasporun səsini təkcə kampaniya tədbirlərində qazanmağa çalışmır, həm də dini və biznes şəbəkələri vasitəsilə Erdoğan-ın opponentlərinə təzyiq göstərir və onları hədələyir.

Erdoğan Almaniyanı «nasist təcrübəsi»ndə suçlayıb və deyib ki, Türkiyəni Avropa Birliyinə üzvlüyünü əngəlləməklə qorxutmaq mümkün deyil.

Geri qayıt