Əsas Səhifə > Dünya > Merkellə Trump arasında miqrant söhbəti

Merkellə Trump arasında miqrant söhbəti


18-03-2017, 10:33
Merkellə Trump arasında miqrant söhbəti
Almaniya kansleri Angela Merkellə ABŞ prezidenti Donald Trumpın Ağ Evdəki görüşündən sonra hər iki tərəf görüşün çox yaxşı keçdiyini bildirib.

Görüşdə NATO, iqtisadi əlaqələr, Ukrayna mövzuları müzakirə olunub.

Donald Trump deyib ki, hər iki ölkənin əsas hədəfi radikal islam terrorçuluğuna son qoymaqdır. Trump ABŞ-ın NATO-ya güclü dəstəyinin davam edəcəyini də bildirib.

ABŞ prezidenti deyib ki, ölkəsinin Almaniya ilə iqtisadi əlaqələrinin "fövqəladə dərəcədə yaxşı" olmasını gözləyir.

Görüşdə miqrant məsələsi də müzakirə olunub. D.Trump deyib ki,miqrantları ölkələrimizə qəbul edərkən öz əhalimizin təhlükəsizliyi əsas məsələ olmalıdır.

Geri qayıt