Əsas Səhifə > Dünya > ABŞ-ın şərq sahilləri Rusiya kəşfiyyat gəmisi görünüb

ABŞ-ın şərq sahilləri Rusiya kəşfiyyat gəmisi görünüb


16-03-2017, 09:39
ABŞ-ın şərq sahilləri Rusiya kəşfiyyat gəmisi görünüb
Rusiya Hərbi Dəniz Qüvvələrinə (HDQ) aid “Viktor Leonov” adlı kəşfiyyat gəmisi ABŞ-ın şərq sahillərində görünüb.

SalamNews-un “RİA Novosti”-yə istinadla verdiyi xəbərə görə, bu barədə “Fox News” telekanalı ABŞ HDQ komandanlığındakı mənbələrə istinadla məlumat verib.

Gəmi Corciya ştatında Kinqs-Bey sualtı qayıqlar bazasından təxminən 37 km cənub-şərqdə beynəlxalq sularda müşahidə edilib.

Mənbələr Rusiya gəmisinin sahildən 22,2 km məsafədə başlayan ABŞ ərazi sularına daxil olmadığını vurğulayıblar.


Geri qayıt