Əsas Səhifə > Dünya > Bağdadi səhraya qaçdı

Bağdadi səhraya qaçdı


9-03-2017, 08:37
Bağdadi səhraya qaçdı
İŞİD lideri Əbubəkir Bağdadi İraqın Mosul şəhərində deyil.

Axar.az xəbər verir ki, bu barədə Pentaqonun açıqlamasında deyilib. Bağdadinin İraq səhrasında yaşadığı və mümkün qədər İŞİD mövqelərində görünmədiyi bildirilib:

“O, gün ərzində bir neçə yer dəyişdirə bilər. Əsasən yerli əhalinin arasında gizlənir. Bundan əlavə, İŞİD lideri yaxalanmamaq üçün hər hansı texniki əlaqə vasitələrindən istifadə etmir”.

Qeyd edək ki, Pentaqon bundan öncə də bir neçə dəfə Bağdadinin müxtəlif şəhərlərdə gizlənməsi ilə bağlı məlumat yaymışdı.

Geri qayıt