Əsas Səhifə > Dünya > Haaqa məhkəməsində Rusiya və Ukraynanın dinləmələri başlayır

Haaqa məhkəməsində Rusiya və Ukraynanın dinləmələri başlayır


6-03-2017, 08:29
Haaqa məhkəməsində Rusiya və Ukraynanın dinləmələri başlayır
Ukrayna Rusiyaya qarşı mübarizəsini Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsində davam etdirmək qərarına gəlib. Bu gün—martın 6-da məhkəmədə ilk dinləmələr olacaq.

Ukrayna Haaqa məhkəməsinə yanvar ayından müraciət edib. Bununla Rusiyanın Ukrayna ərazisinə müdaxiləsinin qarşısını almağa, Moskvanın Ukraynanın şərqindəki separatçılara yardımını dayandırmağa çalışır.

Kiyevin ittihamlarına görə, separatçılara yardım etməklə Moskva BMT-nin terrorla mübarizə haqda qətnamələrini pozur.

Rusiya Ukrayna ərazisinə 2014-cü ildə girib, Krım vilayətini ilhaq edib, ölkə separatçılarına hələ də yardımda günahlandırılır. Ölkənin şərqində davam edən döyüşlərdə 2014-cü ildən bəri 10 minə yaxın adam ölüb.

Qaydaya görə, Haaqa məhkəməsi hakimləri əvvəl tərəfləri dinləməli, sonra ittihamlara baxmalıdırlar. Bu isə çox vaxt illərlə vaxt aparır. Məhkəmənin qərarları mühüm və həlledici olsa da, onların həyata keçirilməsini məcburi edən vasitələr yoxdur.

Geri qayıt