Əsas Səhifə > Dünya > FBI Trampın ittihamlarının müzakirəsini tələb edir
FBI Trampın ittihamlarının müzakirəsini tələb edir6-03-2017, 08:06 |
ABŞ-ın Federal Tədqiqatlar Bürosu (FBI) Baş Prokurorluğa müraciət göndərib, prezident Donald Trump-ın ittihamlarının müzakirəyə çıxarılmasını istəyib. D.Trump özündən qabaqkı prezident Barack Obama-nın onun telefon danışıqlarının lentə alınması barədə göstəriş verdiyini söyləyir. Bu isə FBI-ın qanunları pozması deməkdir. «The New York Times»ın yazdığına görə, FBI-ın direktoru James Comey Baş Prokurorluğa müraciət edərək, bu «saxta» ittihamın müzakirə olunmasını tələb edib. «The Associated Press» agentliyi isə prokurorluğun FBI-ın sorğusunu rədd etdiyini yazır. Mətbuatın yazdıqlarına nə FBI, nə də prokurorluq münasibət bildirir. Ağ evin dünən—martın 5-də yaydığı məlumatda deyilir ki, D.Trump Konqresə müraciət edərək B.Obama administrasiyasının səlahiyyətlərindən sui-istifadə edib-etmədiyinin araşdırılmasını istəyib. D.Trump-ın iddiasına görə, əvvəlki administrasiya seçki kampaniyası zamanı onun Nyu-Yorkdakı ofisindən aparılan telefon danışıqlarını lentə aldırıb. B.Obama-nın sözçüsü ittihamların saxta olduğunu bildirib. Geri qayıt |