Əsas Səhifə > Dünya > “ABŞ-ın PYD-dən bu qədər asılı olması əsla yaxşı bir şey deyil”

“ABŞ-ın PYD-dən bu qədər asılı olması əsla yaxşı bir şey deyil”


4-03-2017, 10:45
“ABŞ-ın PYD-dən bu qədər asılı olması əsla yaxşı bir şey deyil”
ABŞ-ın Türkiyəki sabiq səfiri Ceyms Cefri ölkəsinin PKK- terror təşkilatının Suriya qoluna asılı olmasını tənqid edib.
Avropa.info xəbər verir ki, ABŞ-ın sabiq Türkiyə səfiri Cefri Türkiyənin adı çəkildiyi zaman fikrinə müraciət olunan simalardan biridir.
Yaxın Şərq üzrə mütəxəssisi olan Cefri Corc Buşun köməkçisi və milli təhlükəsizlik müşavirinin də köməkçisi olub.
2008-2010-cu illər arasında ABŞ-ın Türkiyədəki səfiri olan Cefri daha sonra 2012-ci ildə Bağdada səfir olaraq göndərilib və oradan da təqaüdə çıxıb.
ABŞ-ın PKK terror təşkilatının Suriya qolu olan PYD-yə döyüş meydanında bu qədər bağlı olmasını tənqid edən Cefri sözlərinə belə davam edib:
“ABŞ-ın PYD-dən bu qədər asılı olması əsla yaxşı bir şey deyil. Çünki PYD-nin uzun müddətli maraqlarının nə olduğunu bilmirik. Türkiyənin maraqları ilə ziddiyyət təşkil etdiyini də bilirik. Onların marağının bizim maraqlarla üst-üstə düşdüyü ilə bağlı da şübhələrim var. Bu səbəblə onlardan bu qədər asılı olmağımızla bağlı narahatam. Bölgədə sabitliyi pozan bir qruplaşma olaraq qarşımıza çıxa bilərlər. Var olmaq üçün müttəfiqlərə ehtiyac duyacaqlar. Mən müxtəlif qruplardan kürdləri daha yaxşı tanıyıram. PYD üzvləri fərqlidirlər. PYD PKK-nın ideoloji bir parçasıdır. Bu səbəblə Türkiyə ilə müttəfiq ola bilməyəcəklər.”

Geri qayıt