Əsas Səhifə > Dünya > Rusiya və Çinin vetosu Bəşşar Əsəsdi sanksiyadan xilas etdi

Rusiya və Çinin vetosu Bəşşar Əsəsdi sanksiyadan xilas etdi


1-03-2017, 09:51
Rusiya və Çinin vetosu Bəşşar Əsəsdi sanksiyadan xilas etdi
Suriyada kimyəvi silah hücumu təşkil etdiyi iddia olunan Suriya prezidenti Bəşşar Əsədə sanksiya tətbiq olunmasını istəyən BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsinə Rusiya və Çin veto qoyub.

FaktXəbər-in məlumatına görə, Suriya üçün yeddinci dəfə veto səsindən istifadə edən Rusiyanı altınca vetosu ilə Çin dəstəkləyib. Rusiya rəsmiləri Fransa və Britaniyanın təklif etdiyi layihənin Cenevrədə başlayan sülh danışıqlarına zərər verəcəyini bildirib.

Layihənin qəbul edilməsi üçün ən azı doqquz səslə bərabər ABŞ, Fransa, Rusiya, Britaniya və ya Çindən hər hansı birinin veto qoymaması lazım idi. Səsvermədə doqquz şura üzvünün səsi alınsa da, Rusiya və Çinin vetosuna görə layihə ləğv edilib.

Geri qayıt