Əsas Səhifə > Dünya > Tramp Obamanı ona qarşı etirazların təşkilində ittiham edib

Tramp Obamanı ona qarşı etirazların təşkilində ittiham edib


28-02-2017, 09:12
Tramp Obamanı ona qarşı etirazların təşkilində ittiham edib
Donald Tramp ona qarşı etirazların arxasında eks-prezident Barak Obama və onun adamlarının dayandığını bildirib.

SalamNews-un RT-yə istinadla verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət başçısı "Fox News”-a müsahibəsində deyib.

“Mən bunun arxasında Obamanın dayandığını düşünürəm, çünki onun adamları aşkar olaraq bunun arxasında dayanıblar”.

D.Tramp sabiq prezident və tərəfdarlarının onun etibardan salınmasına yönələn məlumat sızmaları təşkil edə biləcəklərini də əlavə edib.

Geri qayıt