Əsas Səhifə > Dünya > Rus müxalifətinin liderinə xəbərdarlıq edilib

Rus müxalifətinin liderinə xəbərdarlıq edilib


24-02-2017, 08:26
Rus müxalifətinin liderinə xəbərdarlıq edilib
Rusiya müxalifətçiləri Kremlin tənqidçisi Boris Nemtsov-un xatirəsini anmaqdan ötrü yürüşə hazırlaşırlar. B.Nemtsov 2015-ci ilin fevralında Kremlin yaxınlığında güllələnərək öldürülüb.

Ona həsr edilən yürüşü müxalifətdə olan «Demokratik Seçim» partiyasının lideri Vladimir Milov təşkil edir. Yürüş fevralın 26-da, Moskvanın mərkəzində keçirilməlidir, bunun üçün yerli orqanların icazəsi də var.

Amma V.Milov-un dediyinə görə, fevralın 23-də yerli polis əməkdaşı ona prokurorluğun rəsmi xəbərdarlığını çatdırıb. V.Milov-un «Live Journal»a qoyduğu xəbərdarlıqda yürüş zamanı hər hansı insident olarsa, onun cinayət məsuliyyətinə cəlb ediləcəyi deyilir. Stavropolda da Federal Təhlükəsizlik Xidməti B.Nemtsov-un xatirəsinə həsr olunmuş tədbirin təşkilatçılarına belə bir xəbərdarlıq edibmiş.

Geri qayıt