Əsas Səhifə > Dünya > Hindistanda hərbi konvoya silahlı hücum olub, ölənlər var

Hindistanda hərbi konvoya silahlı hücum olub, ölənlər var


23-02-2017, 08:12
Hindistanda hərbi konvoya silahlı hücum olub, ölənlər var
Hindistanın Cammu və Kəşmir ştatında hərbi konvoya edilən silahlı hücum nəticəsində ən azı 3 hərbçi ölüb, daha 4 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.
İnsident cümə axşamına keçən gecə ştatın Şopian dairəsində, hərbçilər kontr-terror əməliyyatından geri qayıdan zaman qeydə alınıb.
Silahlılara cavab atəşi açılsa da, onlar ərazidən uzaqlaşa biliblər. Atışma zamanı hərbçilərlə yanaşı evində ikən güllə yarası alan qadın da ölüb.

Geri qayıt