Əsas Səhifə > Dünya, Güney Press > “Putin Ukraynaya nifrət edir”

“Putin Ukraynaya nifrət edir”


18-02-2017, 11:22
“Putin Ukraynaya nifrət edir”
Putin Ukraynaya dərindən nifrət edir.

Axar.az xəbər verir ki, bunu Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Ukrayna Prezidenti Pyotr Poroşenko söyləyib.

“O, Ukrayna xalqının və dövlətinin unikallığını inkar edir. O, ictimaiyyət arasında açıq-aşkar Ukraynanı Rusiya ərazisi adlandırır. O, Avropanın siyasi xəritəsində Ukraynaya yer görmür və çalışır ki, buranı da rus rəngləri ilə bəzəsin. Moskvanın iştahı təkcə Ukrayna ilə bitmir”, – prezident bildirib.

Geri qayıt