Əsas Səhifə > Dünya, Güney Press > Amerika telekanalı ABŞ prezidentlərinin reytinqini açıqlayıb

Amerika telekanalı ABŞ prezidentlərinin reytinqini açıqlayıb


18-02-2017, 11:06
Amerika telekanalı ABŞ prezidentlərinin reytinqini açıqlayıb
FaktXeber.com-un məlumatına görə, Amerikanın C-Span kabel telekanalı prezidentlərin reytinqi barədə siyasətşilər, tarixçilər və digər mütəxəssislərin hazırladığı siyahını təqdim edib.

Səsvermə nəticəsində ilk 3 yeri uyğun olaraq Avraam Linkoln, Corc Vaşinqton və Franklin Ruzvelt bölüşüb.

ABŞ-ın bundan əvvəlki prezidenti Barak Obama siyahıda 12-ci yerdədir. İqtisadi nizamlanma sahəsində göstərdiyi xidmətlərə görə ayrıca siyahıda 8-ci yerdədir. Lakin ekspertlərin fikrincə o, özünü ən pis Konqreslə münasibətlərdə göstərib. Buna görə, uyğun siyahıda o, 43 nəfərlik siyahıda 39-cu yerdə qərarlaşıb.

Ən pis göstəricilərdən biri kiçik Corc Buşa aiddir. O, yekun siyahıda 33-cü yerdə olub. Ekspertlərin fikrincə o, özünü ən pis xarici siyasətdə göstərib (41-ci mövqe).

“Amerika prezidentlərinin hit-paradı”nın hazırlanmasında 90-dan artıq tarixçi, həmçinin ABŞ-ın “beyin mərkəzlərinin” ekspertləri iştirak edib.

Geri qayıt