Əsas Səhifə > Dünya > FED rəhbərindən faiz artımı siqnalı

FED rəhbərindən faiz artımı siqnalı


15-02-2017, 09:33
FED rəhbərindən faiz artımı siqnalı
ABŞ Mərkəzi Bankının - Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Janet Yellen ABŞ Senatının Bankçılıq Komitəsində ölkə iqtisadiyyatının ümumi durumu və FED siyasəti haqqında məruzə edib.

Amerika iqtisadiyyatının FED-in hədəflərinə doğru irəlilədiyini və yavaş böyüməkdə olduğunu bildirən Yellen iş dünyasındakı güvənin son dövrdə yüksəldiyini deyib.

«GÖZLƏNTİLƏRƏ UYĞUN İNKİŞAF ETSƏ...»

Yellen Federal Açıq Bazar Komitəsinin (FOMC) əmək bazarında yaxşılaşma və inflyasiyanın 2 faizlik hədəfə doğru irəliləməyə davam etməsini gözlədiyini vurğulayıb. «Komitə gələcək yığıncaqlarda məşğulluq və inflyasiyanın bu gözləntilər istiqamətində inkişaf edib-etmədiyini qiymətləndirəcək. Əgər məşğulluq və inflyasiya gözləntilərə uyğun inkişaf etsə, gələcək yığıncaqlarda faizdə əlavə düzəlişlər etmək uyğun olar», – deyə o bildirib.

FED-in faiz artırmaq üçün uzun müddət gözləməsinin risklərinə də diqqəti çəkən Yellen söyləyib: «Daha əvvəl dediyim kimi, yumşaq pul siyasətinin sərtləşdirilməsini çox gözləmək rasional olmaz, çünki ehtimalla, FOMC faizlərin sürətli artırmasını tələb edir. Bu, maliyyə bazarlarının pozulması və iqtisadiyyatın çöküşə yuvarlanması riskinə yol aça bilər».

FED başçısı bu səbəblə iqtisadiyyatı tarazlıqda tutacaq pilləli faiz artımlarına davam edilməsini dəstəklədiyini bildirib.

Dollar niyə qəfildən ucuzlaşır?

XATIRLATMA

FED-in bir çox rəhbər üzvləri faizin artırılmasını dəstəkləyirlər. FED fevralın 1-də keçirilən son iclasında uçot dərəcəsini dəyişmədi. Uçot dərəcəsini 0.5-0.75 səviyyəsində saxladı. Bu ilin yanvarında FED rəhbəri Janet Yellen bildirmişdi ki, 2019-cu ilin sonunadək uçot dərəcəsini bir neçə dəfə artırmaq planlaşdırılır. Uçot dərəcəsinin artırılmasının dəqiq vaxtı və templəri barədə məlumat verməyən J.Yellen qeyd etmişdi ki, bu, ABŞ iqtisadiyyatının gələcək göstəricilərindən asılı olacaq.

«FED uçot dərəcəsini mərhələli şəkildə artırmağı planlaşdırır. Hazırda uçot dərəcəsi 0.5-0.75 faiz səviyyəsindədir. 2019-cu ilədək uçot dərəcəsinin 3 faizədək artırılması planlaşdırılır. Bununla belə, biz ABŞ-da iqtisadi artımın kifayət qədər güclü olduğuna əmin olmalıyıq», – deyə J.Yellen bildirmişdi.

Son dəfə, ötən il dekabrın 14-də FED uçot dərəcəsini artırmışdı. Bundan əvvəl, 2015-ci il dekabrın 16-da tənzimləyici uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0.25 faiz artırılması barədə qərar qəbul etmişdi.

Geri qayıt