Əsas Səhifə > Dünya > «NATO-nun Moldovada rabitə qovşağı yaratmaq planı təxribatdan başqa bir şey deyil»

«NATO-nun Moldovada rabitə qovşağı yaratmaq planı təxribatdan başqa bir şey deyil»


15-02-2017, 08:40
«NATO-nun Moldovada rabitə qovşağı yaratmaq planı təxribatdan başqa bir şey deyil»
«NATO-nun Moldovada rabitə qovşağı yaratmaq planı təxribatdan başqa bir şey deyil». Bunu Moldova prezidenti Igor Dodon Azad Avropa/Azadlıq radiolarına müsahibəsində deyib.

Mülki heyətdən ibarət rabitə qovşağının yaradılması haqda razılaşmanı NATO ilə Moldovanın baş naziri imzalayıb. Razılaşma noyabrda—I.Dodon hakimiyyətə gəlməzdən əvvəl əldə edilib.

Prezident I.Dodon Rusiyaya meyl göstərir. Ölkəni idarə edən nazirlər kabineti isə Qərbə, NATO-ya inteqrasiyaya tərəfdardır.

Baş nazir Pavel Filip ölkənin Xarici İşlər Nazirliyini qovşağın açılması işini sürətləndirməyə, aprel ayında başa çatdırmağa çağırıb.

Prezident I.Dodon isə Azad Avropa/Azadlıq radiolarına müsahibəsində deyib ki, neytral ölkə olan Moldovaya nə NATO-nun rabitə məntəqəsi, nə də Rusiyanın rəhbərlik etdiyi alyans lazımdır. Onun «Rus alyansı» dedikdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (CSTO) nəzərdə tutduğu güman edilir.

Geri qayıt