Əsas Səhifə > Dünya > Rusiya Çin üçün "S-400" raketlərinin istehsalına başladı

Rusiya Çin üçün "S-400" raketlərinin istehsalına başladı


14-02-2017, 10:32
Rusiya Çin üçün "S-400" raketlərinin istehsalına başladı
FaktXəbər-in "İnterfax" agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya Çin üçün "S-400" zenit-raket kompleksinin istehsalına başlayıb. Bu barədə "Rostex" korporasiyasının regional siyasət və beynəlxalq əməkdaşlıq üzrə direktoru Viktor Kladov məlumat verib. O, bildirib ki, Çinlə birgə daha bir neçə ölkə zenit-raket kompleksini almaq niyyətindədir.

Viktor Kladov ölkəsinin "S-400" raketlərinin satışında məhdudiyyət görmədiyini də qeyd edib: "Həqiqətən, "S-400" raket əleyhinə zenit-raket komplesinə dünya bazarında böyük tələbat yaranıb. Bir sıra ölkələr bu komplesi almaq istəyini ortaya qoyub. Rusiya "S-400"lərin satışı ilə bağlı məhdudiyyət görmür".

Buna qədər 2016-ci ilin noyabrında Moskva ilə Ankara arasında "Triumf" tipli "S-400" raketlərinin böyük ölçüdə alınmasına dair danışıqlar aparıldığı açqılanmışdı. Bir ay əvvəl Rusiya prezidenti Vladimir Putin və Hindistanın baş naziri Narendra Modi Hindistana zenit-raket sistemlərinin tədarükünə dair saziş imzalayıb.

Hərbi ekspertlər "S-400" zenit-raket kompleksini, hava hücumundan müdafiə üçün çox nəhəng müdafiə qurğusu olduğunu düşünürlər. Belə ki, "S-400", 600 km məsafədə 100 hədəf aşkarlaya bilir. 400 km məsafədə isə, eyni anda 24 hədəfi məhv etməyə qadirdir. Kompleks, yerdən 10 metrdən 25-30 km hündürlükdə olan obyektləri məhv etmək qabiliyyətinə malikdir.


Geri qayıt